Əməkdaşımız beynəlxalq vebinarda mühazirə oxumuşdur
29.03.2021
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda pandemiya şəraitində beynəlxalq əlaqələrin saxlanması üçün tədbirlər planlaşdırılır və həyata keçirilir. 27.03.2021-ci il tarixində institutun otorinolarinqologiya kafedrasının dosenti Ramil Həşimli Səmərqənd Dövlət Tibb İnstitututun dəvəti ilə "Foniatriyaya giriş" mövzulu beynəlxalq vebinarin aparıcısı olmaqla onlayn mühazirə oxumuşdur. Mühazirədə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya Fedrasiyasından 100 nəfər otorinolarinqoloq iştirak etmişdir. Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanmış, sonda məruzəçiyə müxtəlif suallar ünvanlanmış və aktiv diskussiya aparılmışdır. Vebinarın sonunda Özbəkistanın baş foniatrı t.e.d. G.Haydarova, Samara Tibb Universiteti otorinolarinqologiya kafedrasının müdiri professor T.Vladimorova, Səmərqənd Dövlət Tibb İnstitutunun nümayəndəsi M.Nasretdinova əməkdaşımıza geniş və hərtərəfli məruzəyə görə öz minnətdarlıqlarını bildirmişlər.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.