“Bakı Retina-2025” beynəlxalq elmi konfransı keçirilmişdir

25.10.2025

25 oktyabr 2025-ci ildə Bakı şəhərində “Bakı Retina-2025” beynəlxalq elmi konfransı keçirilmişdir. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin tərəfdaşlığı ilə təşkil olunmuşdur. Oftalmologiyanın torlu qişa sahəsində ən son elmi yeniliklərinin və innovativ müalicə üsullarının müzakirə edildiyi bu elmi toplantı bu sahənin aparıcı mütəxəssislərini bir araya gətirmişdir. 11 ölkədən 21 spiker bu konfransda öz bilik və təcrübələrini bölüşdülər.
Açılış mərasimində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahov da çıxış edərək tədbirin oftalmologiya sahəsində elmi bilik və təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu vurğuladı və iştirakçılara uğurlar arzuladı.
İnstitutumuzun oftalmologiya kafedrasının əməkdaşları və rezidentləri konfransda fəal iştirak etmişlər. Kafedranın dosenti t.e.d. Müşfiq Kərimov konfransda “Torlu qişa qopmasının residivlərinin cərrahi müalicəsi” mövzusunda məruzə ilə çıxış etmiş, ikinci sessiyada isə moderator olmuşdur. Tədbirdə oftalmologiya sahəsində fəaliyyət göstərən həkim və mütəxəssislər həm ən son elmi nailiyyətlərlə tanış oldular, həm də öz təcrübələrini bölüşərək gələcək fəaliyyətlərü üçün yeni biliklər əldə etdilər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX