Rektor professor Nazim Pənahov müəllifi olduğu kitabları institutun Elmi-Tibbi kitabxanasına bağışladı

23.10.2025

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tibbi kitabxanası tədris və elmi işlərin həyata keçirilməsinə kömək edən elmi, informasiya və ideoloji bölmədir. Kitabxana institutumuzun elmi-tibbi və mədəni-maarif ocagı olaraq professor-müəllim heyətinə, elmi işçilərə, rezidentlərə və müdavimlərə xidmət edir. Kitabxananın resursları davamlı olaraq artırılır. 2024-cü ildə 822 müxtəlif nəşr əlavə olunmaqla ümumi fondun sayı 22072-yə çatdırılmışdır. 2024-cü ildə institutun Elmi-Tibbi kitabxanası elektron resursları ilə Respublika Tibb Kitabxanasının elektron resurslarına inteqrasiya olunmuş və bununla da vahid link vasitəsilə hər iki kitabxananın elektron fondlarında olan nəşrlərdən yararlanmaq mümkün olmuşdur.
Son dövrlərdə müasir tibbi informasiyaya əlçatanlığı təmin etmək məqsədilə institutun maliyyə imkanları hesabına beynəlxalq tibbi internet mənbələrinə (BMJ, hazırda UpToDate) bütün il boyu abunəlik təşkil olunaraq professor-müəllim heyəti, rezidentlər və həkim-müdavimlər üçün ödənişsiz istifadə imkanları yaradılmışdır. İnstitutun rəsmi saytının “Elektron kitabxana” bölməsində videomühazirələr, elektron tibbi kitablar, müxtəlif klinik nozologiyalara həsr olunmuş tibbi protokollar, institut əməkdaşlarının nəşr etdirdikləri dərsliklər, dərs və metodik vəsaitlər və s. yerləşdirilmişdir.
Kitabxana fondunun komplektləşdirilməsinin yollarından biri də müəllif təşkilatlar tərəfindən kitabların bagışlanılmasıdır. Bu günlərdə institutun rektoru professor Nazim Pənahov kitabxana fondunun zənginləşdirilməsi məqsədilə müəllifi olduğu və üç dildə (Azərbaycan, Rus və İngilis) nəşr olunmuş kitabların nüsxələrini Elmi-Tibbi kitabxanaya hədiyyə etmişdir. Həmin kitablar ortopedik stomatologiya fənninin aktual problemlərinə həsr olunmuş və son illərdə nəşr edilmiş monoqrafiyalardan və dərslikdən ibarətdir. Həmin kitabların kitabxana fondunda olması istifadəçilər üçün onları daha əlçatan etmişdir. Kitablar kitabxana kollektivi tərəfindən razılıq hissi ilə qəbul edilmişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX