İzmir Ege Universiteti nümayəndə heyəti ilə Ə.Əliyev adına ADHTİ-də mamalıq işi təhsili və xidmətlərinin gücləndirilməsi mövzusunda görüş olmuşdur

01.12.2025

Xəbər verildiyi kimi Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı ilə “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı” keçirildi. Həmin konfransda iştirak edən Türkiyə nümayəndə heyətinin üzvləri İzmir Ege Universiteti Sağlıq Bilimleri fakultəsinın dekanı professor Esin Çeber Turfan, həmin Universitetin Sağlıq Bilimleri fakultəsi mamalıq bölümünün rəhbəri professor Sevil Hakimi Mirebrahimin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillədirmə İnstitutunda rektor professor Nazim Pənahov ilə görüşləri oldu. Görüşdə 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru dosent Dilarə Məmmədəliyeva da iştirak etdi.
Görüşdə qeyd edildi ki, mamalıq təhsili BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində əhəmiyyətli yer tutur. Beynəlxalq Mamalıq Konfederasiyası standartlarına tam uyğunluq mamalıq qayğısının keyfiyyətini və beynəlxalq əhəmiyyətini artırmaq üçün ən fundamental addımdır. Türk Dövlətlərində mamalıq standartları arasında fərqlər var və bəzi ölkələrdə mamalıq təhsili məhdud dərəcədə tətbiq olunur. Digər tərəfdən, Türkiyə Respublikası bu ixtisas üzrə bakalavr, magistr, doktorantura və klinik təcrübə laboratoriyaları ilə mamalıq təhsili üçün güclü bir modelə malikdir. Ona görə də tətbiq olunan mamalıq təhsili modelləri nəticəsində Türkiyədə ana və körpə ölümünün azaldılmasında 90% uğura nail olunmuşdur. Azərbaycan tibb müəssisələri ana və körpə sağlamlığının nəticələrini yaxşılaşdırmaq, xəstəxana iş yükünü azaltmaq və normal doğuşu daha təhlükəsiz etmək üçün bu təcrübədən yararlana bilər. Bu da qeyd edilmişdir ki, Azərbaycanda ana və körpə sağlamlığı göstəricilərini yaxşılaşdırmaq hədəflənir və təlim keçmiş və səriştəli mamaların bu prosesdə fəal rol oynamasına xüsusi fikir verilir və Azərbaycanın geosiyasi mövqeyi və türk dünyasının ortaq səhiyyə məqsədləri nəzərə alınmaqla, mamalıq sahəsində modernləşdirmə səyləri təkcə Azərbaycan üçün deyil, bütün türk dövlətləri üçün model olacaqdır. Qonaqlar qeyd etmişlər ki, Türkiyənin ən köklü və güclü mamalıq akademik müəssisələrindən biri olan Ege Universiteti tədris planının hazırlanması, klinik təhsil standartları, müəllim hazırlığı, bacarıq laboratoriyalarının yaradılması və keyfiyyətin idarə edilməsi proseslərində liderlik rolunu öz üzərinə götürməyə hazırdır. Ege Universitetinin Beynəlxalq Mamalıq Konfederasiyası standartları, simulyasiya mərkəzləri və beynəlxalq əməkdaşlıq təcrübəsi ilə uyğunlaşdırılmış bakalavr və magistr proqramları, beynəlxalq akkreditasiya meyarlarına uyğun olaraq, Azərbaycanda mamalıq təhsili və xidmət modellərinin inkişaf etdirilməsi üçün dəstək ola bilər.
Ə.Əliyev adına ADHTİ-nun rektoru Nazim Pənahov bu deyilənlərlə razılaşaraq vurğulamışdır ki, ölkələrimiz arasındakı bu əməkdaşlıq həm Azərbaycanın milli səhiyyə strategiyalarına, həm də regional liderlik mövqeyinə əhəmiyyətli dərəcədə töhfə verəcəkdir. Türkiyə və Azərbaycan arasında bu birgə təşəbbüs, uğurlu olarsa, türk dövlətləri üçün nümunəvi bir model olacaq və mamalıq təhsili, klinik standartlar və ana və körpə sağlamlığı nəticələri sahəsində yüksək beynəlxalq səviyyədə tanınan akkreditə olunmuş bir sistemin qurulması üçün yol açacaqdır.
Görüşün axırında xatirə fotosu çəkilmişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX