Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclası keçirildi. İclasın gündəliyi aşağıdakı kimi olmuşdur:
1. İnstitutun doktorantura və dissertanturasında təhsilin vəziyyəti haqqında.
Məruzəçi: prorektor dosent M.T.Meybəliyev
2. İnstitutun 90 illik yubileyinə hazırlığın gedişatı haqqında.
Məruzəçi: professor T.Ə.Qafarov
3. Mamalıq və ginekologiya kafedrasının doktorantı K.D.Quliyevanın “Qadınlarda çanaq dibi xəstəliklərinin müayinə və müalicəsinin optimallaşdırılması”doktorluq dissertasiyasının mövzusunun və elmi məsləhətçinin təsdiq olunması.
4. Terapiya kafedrasının dosenti vəzifəsini tutan Sultanova Sədaqət Sabir qızına dosent elmi adının verilməsi.
I məsələ üzrə prorektor dosent Məhəmmədəli Meybəliyev çıxış edərək bildirdi ki, 2011-ci ildən bu günə qədər instituta 182 nəfər doktoranuturaya qəbul olunmuşdur. Onlardan 32 nəfəri son 5 ildə təhsil almışdır. Doktoranturada təhsil qaydalarını yerinə yetirmədiyinə görə 12 nəfər təhsil məddətini bitirməmiş xaric olunmuşdur. Dissertasiyanı tamamlayıb ilkin müzakirədən keçən doktorantların sayı 27 nəfər olmuşdur. Onlardan institutun dissertasiya şurasında 3 nəfər doktorluq dissertasiyasını, 15 nəfər isə tibb üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə etmiş və diplomlarını almışlar. Digər şuralarda isə institutun doktorantlarından 2 nəfər doktorluq dissertasiyasını, 24 nəfər isə tibb üzrə fəlsfə doktorluq dissertasiyasını müdafiə etmiş və diplomlarını almışlar.
II məsələ üzrə təşkilat komitəsinin üzvü professor Teymur Qafarov çıxış edərək bildirdi ki, institutumuzun 90 illiyi ilə əlaqədar təşkilat komitəsi yaradılmış, keçiriləcək tədbirlərin planı hazırlanmışdır. Bu plana institutun tarixini əks etdirən kitab və broşurların hazırlanması, institutun həyatında görkəmli rol oynamış şəxslərin həyat və fəaliyyətini əks etdirən materialların hazırlanlanması, xüsusi filmin çəkilməsi, bir sıra silsilə iclas və toplantıların təşkili və ən sonda beynəlxalq yubiley iclasının keçirilməsi daxildir. Yubiley iclasında dünya tibb elmində tanınmış bur çox alimlərin iştirakı gözlənilir. İnstitutun bütün əməkdaşları bu işə cəlb olunmalı və tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin etməlidirlər.
Professor çəkiləcək film haqqında məlumat verərək onun süjetı haqqında ətraflı danışmışdır.
Elmi şuranın gündəliyinin digər məsələləri olan doktorluq dissertasiyasının mövzusunun və elmi məsləhətçinin təsdiq olunması, dosent elmi adının verilməsi üzrə müzakirələr getdikdən sonra müsbət qərar qəbul edilmişdir.
Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.