Rezidentlərimiz 10-cu ATUREK-in diplomu ilə təltif olunmuşlar

24.05.2022

Ölkəmizdə rezidentura təhsil sisteminin yaradılması ölkəmizin ali tibb sisteminin dünya tibb təhsil məkanına inteqrasiyasına, tibb təhsili keyfiyyətinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasına və yüksək ixtisaslı həkimlərin hazırlanmasına yönəlmişdir. Arxada qalan 13 il bu addımın düzgün olduğunu bir daha sübut etmişdir.
Ə.Əliyev adına ADHTİ rezidentura təhsili haqqında qərar verilən ilk gündən ATU kimi bu prosesdə yaxından iştirak edir.Hal-hazırda rezidentura təhsili aparılan 40 ixtisas növündən 31-i üzrə institutumuzda 300 rezident təhsil alır. İnstitutun maddi-texniki bazasından istifadə etməklə onların təhsilinin səviyyəsini artırmaq istiqamətində daim iş gedir.
İnstitutumuzda rezidentlərimizin elmi-tədqiqat işlərinə cəlb olunmasına xüsusi fikir verilir. Rezidentlərə tibbi təhsil verməkdən əlavə potensialı olanları gələcəyin elmi işçiləri kimi hazırlamaq da qarşıda duran vəzifələrdəndir.Bu, orijinal məqalələrin yazılması,ədəbiyyat icmallarının yazılması, klinik hadisələrin müzakirəsi, elmi konfranslarda çıxışlar vasitəsilə həyata keçirilir.İnstitutumuzda hər il iki dəfə gənc alim və mütəxəssislərin elmi-praktik konfransı keçirilir və rezidentlərimiz də orada təbabətin aktual problemlərinə həsr olunmuş elmi çıxışlar edirlər. Azərbayca Tibb Universitetində rezidentlərin iştirakı ilə keçirilən ənənəvi ATUREK-də bizim rezidentlər həmişə yaxından iştirak edirlər və hər il bir neçə rezidentimiz təşkil olunmuş müsabiqədə yüksək yerlər tutur. Bu il də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş 10-cu ATUREK-də institutumuzun oftalmologiya və otorinolarinqologiya kafedralarının rezidentləri Səkinə Cəfərova və Möhübbət İsmayılov fərqlənmiş və uğurlu çıxışlarına görə diplomla təltif olunmuşlar.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX